Saturday, September 12, 2009

Urmu Gölü Ölməkdədir

Urmu Gölü nün Quruma Təhlükəsi Son Dərəcə Ciddi Bir Hal Alıbdır
Ekoloji azmanlarının bildirdiyinə görə Urmu Gölünün quruma təhlükəsi çox kirtik bir aşmaya çatıbdır.
Urmu Gölü dünyanın ikinci ən böyük duz gölü olub UNSCO tərəfindən təbii xəzinə kimi tanınmaqdadır. Toplam 102 adası olan bu göl Flamingo və Ağ Pelikan kimi bir çox qonar-köçər quşun yaylağı sayılmaqla birlikdə Artmia adlı nadir bir su canlısının da yaşam sahəsidir.

Yalnız mələsəf son illərdəki quraqlıq və su qaynaqlarının yanlış yönətimi nədəni ilə bu göl ciddi bir ekolojik böhrana giribdir. Yayımlanan bilgilərə görə göldə su səviyyəsi 6 metr azalıbdır ki bu ekolojik kritik səviyyənin də 2 metr altındadır. Suyun duz səviyyəsinin aşırı dərəcədə artmasının nəticəsində Artmia heyvanının həyatının davamı təhlükəyə düşübdür və sayısı ciddi şəkildə azalıbdır. Artmiyaların azalması, habelə 9 adanın sahilə qovuşmasının nəticəsində göldə yaşayan və yumurtlayan quşların da soylarının davamı təhlükəyə düşübdür.
Gölün suyunun çəkilməsi minlərcə metrlik duzlaqların ortaya çıxmasına nədən olubdur ki yelin duzları dağıtmasının nəticəsində də bir tərəfdən insanların sağlığı ciddi zərərlərə uğrayır digər yandan da əkin torpaqları işlənməz hala gəlir.
Bu durumun ortaya çıxmasında yağınlığın azalmasının ciddi təsiri olduğu kimi yanlış su qaynaqları yönətiminin də təsiri çox böyükdür. Bölgə də düzəldilən çox sayda sədd gölə su axışını haradasa sifrə düşürübdür. Bu bir haldadır ki bu sədlərdə deoplanan suların da %70’ə yaxını əski suvarma metodlarından dolayı hədər olmaqdadır.
Bir çox beynəlxalq və daxili qurum, quruluş və NGO’nun çağrılarına rəğmən İran hakimiyyəti hələ bu qonuda heç bir acil və ya uzun sürəli tədbir almağa meyl göstərməməkdədir. Halbuki bu məsələ Güney Azərbaycan da insani və ekoloji yaşam baxımından həyati önəm daşımaqdır.

No comments:

Post a Comment