Friday, November 13, 2009

Urmu

























Yurdumu Bürüyüb Cəlalın Urmu
Bundan Artıq nə deyir xəyalin Urmu?
Həsrətın Çəkirdim illərdən Bəri
Eyləmişdi məni, Eşqın Sərsərı
Nəhayət baharın bir xoş səhəri
Qismət oldu mənə visalın Urmu
Ətrafin təpədir Safali dağdır
Hər yerın Bağçadir, Çəməndir, Bağdir
El Tək Alnın Açıq, üzündə ağdır
Mənə ilham verir o halın Urmu
Görünmür Gözümə Zülmdən nişan
Azad Nəfəs çəkir bu Azərbaycan
Görüm Göylərinə Çökmisən duman
Xaliq Göstərmisən Zovalin Urmu 
Mən ki ayaq basdım Bu şad Gülşənə
Qoymaram kəc baxa düşmənlər sənə
Gül mənim Sözümdən Fərəhlən yenə
Gül kimin açılsın camlın Urmu
Layiq sən bilirəm dərin Hörmətə
Vurğusan, Ədəbə, Elmə, Hekmətə
Salibdir Gör nə Dərin Heyrətə
Elmin, Mərfətin, Kamalin Urmu
Bir gün Sorağına Gələrsə Callad
Namərdəm sənə gər Etməsəm Emdad
Şairəm Sözümü Söylərəm Azad
Dünyada yox Sənın misalin Urmu
Məhəmməd Biriya