Monday, January 24, 2011

Malèna
















Renato : Zaman Geçdi və Mən Çoxlu Qadınıları Sevdim. Onlarin hamısı mənı Bağırlarına Basaraq Soruşurdular ki onlari Unutmaycam. Məndə deyirdim həyə sizi Unutmayacam . Ancaq Yanlız o kimsəni heç Vaxt Unutmaycam ki heç vaxt məndən Soruşmadi və o Malènaydi…
http://en.wikipedia.org/wiki/Malèna
http://www.imdb.com/title/tt0213847/ 

Saturday, January 22, 2011

Günün Sözü - Yaşam

Yaşamda Ölüm Yeni bir Olay Dəyildir ... Nəysə ki Yaşam Kəndidə Yeni bir Olay Dəyildir

Thursday, January 20, 2011

Günün Sözü: Ömər xəyyam


















Xilqət kələfin nə sən açarsan ,nə də mən
Bu tapmacanı nə sən taparsan ,nə də mən
Biz pərdənin arxasında söhbətləşirik
Pərdə düşərək nə sən qalarsan, nə də mən


Ömər xəyyam
[Çeviri: Seyyid Salih Hüseyni]

Thursday, January 6, 2011

Millət necə tarac olur olsun, nə işim var






















faceBook saytında gəzirdim ki Gördüm Sayın Elmria Xanım Böyüı Türk Qoşar Mirza ƏliƏkbər Sabirin "Hop-Hop Namə" sindən bir gözəl qoşuq seçib ki elə iranda bulunan Türk Ulusunun bu Günü üçün uyğundur. oxuduqca insan çoxlu sözləri dşünmə zorudna qalır. ancaq düşünüb bilən yox! nəysə. məndə bu Anlamlı Qoşuqu sizinlə paylaşiram:


MİLLƏT NECƏ TARAC OLUR OLSUN, NƏ İŞİM VAR

Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Qoy mən tox olum, özgələr ilə nədi karim,
Dünyavü cahan ac olur olsun, nə işim var?!


Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın,
Tək-tək ayılan varsa da, həq dadıma çatsın,
Mən salim olum, cümlə cahan batsa da batsın,
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!


Salma yadıma söhbəti-tarixi-cahani,
Əyyami-sələfdən demə söz bir də, fılani,
Hal isə gətir meyl eləyim dolmanı, nani,
Müstəqbəli görmək nə gərək, ömrdü fani;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!


Övladi-vətən qoy hələ avarə dolansın,
Çirkabi-səfalətlə əli, başı bulansın,
Dul övrət isə sailə olsun, oda yansın,
Ancaq mənim avazeyi-şənim ucalansın;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!


Hər millət edir səfheyi-dünyadə tərəqqi,
Eylər hərə bir mənzilü məvadə tərəqqi,
Yorğan-döşəyimdə düşə gər yadə tərəqqi, --
Biz də edərik aləmi-röyadə tərəqqi;
Millət nесə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!




Mirza ƏliƏkbər Sabir "Hop-Hop Namə"

Sunday, January 2, 2011

Günün Sözü












Yaşamla Sinamanin Fərqi Budur ki Senaryo Gərək Anlamlı ola Ancaq Yaşam Qonusunda heç Bir Gərək Yox. 
Joseph L. Mankiewicz
The Difference Between Life and The Movie i that a Script has to make Sense, and Life Doesnt. 
Joseph L. Mankiewicz