Thursday, December 29, 2011

"Bülbül Həsrət Gülə, Pərvanə Gərək Odda Yana"

Demə Gül Ölərəm Getmə Gözümdən Oyana
Gərək Aşiq Dözüb, hər Cürinə Yarin Dayana
Aləm Eşqində Qanun Məhəbbət Belədir
"Bülbül Həsrət Gülə, Pərvanə Gərək Odda Yana"
Məndə Hicran Qəmini, Qısmət Ola Çəkdirərəm
Sənin o Gül Yüzünə, Könlümü Həsrət Qoyana
Aqibət Atəş Ahımlə, Rəqib Od, Tutacaq
Öz Cəzasin Çəkəcək, Qaçsa Əlimdən Hayana
bir Mübariz igidəm, Qoymadım Əğyari Gülüm
Cənnət Köyünə Yol Tapsın O Gündən Bu yana
Yar Üçün Aşıq odur Şövqilə Candan Geçsin
Kim Vəfa Bəsləyəcək, Dostuna Can qoymayana?
Səndə (Vahid) Vətən Uğrunda Çalış Mərd kimi
incə Qəlbində böyük, Hiss Mhəbbtə oyuna
Ali Ağa Vahid